Logo

BANM-in dosenti Türkiyənin Orta  Doğu Texniki Universitetində - FOTOLAR

27.04.2022 21:02 1069 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının dosenti Kəmalə Paşayeva Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) ezamiyyətdə olub. 

Tehsil.biz xəbər verir ki, səfər BANM-in əmri ilə Təhsil Nazirliyinin  “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qalibi Naxçıvan Universitetinin “İnsan-kompüter sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Bir həftə davam edən ezamiyyət müddətində ODTU-nun tarixi, infrastrukturu, tədqiqat mərkəzləri, texnoparkı, texnokəndi, laboratoriyaları və studiyaları ilə tanışlıq gəzintiləri və təqdimatlar həyata keçirilib,  müxtəlif görüşlər baş tutub. Sonda layihənin eksperti, professor Kürşat Çağıltayın layihə iştirakçıları ilə yekun müzakirəsi olub. Həmçinin müxtəlif əməkdaşlıq perspektivləri, layihə çərçivəsində  professorun Azərbaycan dilinə tərcümə olunacaq “İnsan-Bilgisayar Etkileşimi ve Kullanılabilirlik Mühendisliği” kitabının təqdimatı və insan-kompüter interfeyslərinin araşdırılmasına dair birgə beynəlxalq konfransın keçirilməsi müzakirə edilib. Səfərin sonuncu günü Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin  məzarları ziyarət edilib.

Xəbər lenti